İngilis dili dərsində məşhur musiqiçilər xatırlandı

  67 nömrəli tam orta məktəbin VII "ç" sinfində ingilis dili dərsində "Məşhur musiqiçilər" mövzusunda təqdimat keçirildi. İngilis dili müəllimləri Humay Qurbanova və Zenfira Ələsgərovanın rəhbərliyi ilə keçirilən təqdimatda həm əcnəbi, həm də yerli musiqiçilər haqqında şagirdlər məlumat verdilər, onların məşhur musiqilərini ifa etdilər. Tədbirdə məktəbin direktor müavinləri Ceyran Məmmədova və Gülnarə Bağırova, ingilis dili müəllimləri Çimnaz Maqsudova, Zülfiyyə Osmanova və Nərminə Qurbanova, VII "ç" sinfinin sinif rəhbəri, məktəbin riyaziyyat müəllimi Ceyran Quliyeva, musiqi müəllimi Sevil Ağamalıyeva iştirak etdilər.
Maraqlı təqdimata görə VII "ç" sinfinə, müəllimləri Humay Qurbanova və Zenfira Ələsgərovaya təşəkkür edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi