Məktəbdə Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası keçirildi

   4 may tarixində 67 nömrəli tam orta məktəbdə Lütfi Zadə adına Bakı Şəhəri Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk, məktəbdaxili turu keçirildi. Məntiq olimpiadasında məktəbin V-VI siniflərində təhsil alan Azərbaycan və rus bölməsinin şagirdləri iştirak etdilər. 25 sualdan ibarət kitabçalar iki variantda tərtib olunmuşdu. Şagirdlərə sualları cavablandırmaq üçün 90 dəqiqə vaxt verildi. İlk mərhələdə fərqlənən şagirdlər şəhər turunda iştirak etmək hüququ əldə edəcəklər. Hər kəsə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi