V-VI siniflərində "Oxu Günü" qeyd olundu

  67 nömrəli tam orta məktəbin V-VI siniflərində "Oxu Günü" qeyd olundu.
Məktəbin Azərbaycan dili müəllimi Tamara Kələşova V "e" sinfində bədii qiraətin inkişaf etdirilməsi məqsədi ilə möhtəşəm tədbir təşkil etdi. Müxtəlif əsərlərdən səhnəciklər nümayiş etdirildi, şeir və musiqilər səsləndirildi, şagirdlərin asudə vaxtlarında mütaliə etdiklərini əks etdirən videoçarx təqdim olundu.
Tədbirdə qonaq qismində məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Məleykə Muradova və Ceyran Məmmədova, kitabxana müdiri Həmayıl Hacıyeva, musiqi müəllimi Sevil Ağamalıyeva və valideynlər iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi