Vətən məhəbbəti tərənnüm edilən poeziya nümunələri və mahnıların ən yaxşı ifaçıları

   Vətənpərvərlik mövzusunda silsilə tədbirlər davam edir.
67 nömrəli tam orta məktəbin musiqi müəllimi Sevil Ağamalıyevanın təşkilatçılığı ilə musiqi dərnəyinin üzvləri "Vətən məhəbbəti tərənnüm edilən poeziya nümunələri və mahnıların ən yaxşı ifaçıları" mövzusuna həsr olunmuş tədbirdə iştirak etdilər.
Tədbirdə qonaq qismində Azərbaycan Respublikasının Əməkdar artisti Babək Niftəliyev tərəfindən göndərilmiş mahir tar ifaçısı Elmar İsmayılov iştirak edirdi. Həmçinin qonaq kimi məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Məleykə Muradova, Ceyran Məmmədova, Səbahət Ağayeva, kimya müəllimi Məlahət Quliyeva, musiqi müəllimi Tahirə İsmayılova iştirak edirdilər.
Müsabiqənin sonunda ifaları ilə seçildikləri üçün iştirakçılar diplomla təltif olundular.
Belə maraqlı tədbirin ərsəyə gəlməsində böyük əməyi olan Sevil Ağamalıyevaya və ona bu tədbirin hazırlanmasında köməklik göstərən Tahirə İsmayılovaya təşəkkür edirik.

 

https://youtu.be/94--cFRhGes

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi