İslam dininin dəyərləri və düzgün aşılanması

   67 nömrəli tam orta məktəbdə silsilə tədbirlər davam edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-90 nömrəli 7 fevral 2019-cu il tarixli əmri ilə təsdiq edilmiş "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planına uyğun olaraq növbəti tədbir keçirildi. Tədbirin əsas məqsədi şagirdlərdə İslami dəyərlərin düzgün formalaşdırılması idi.
Məktəbin direktoru İradə Bayramovanın, direktor müavinləri Məleykə Muradova və Gülnarə Bağırovanın birgə təşkilatçılığı ilə "İslam dininin humanist mahiyyəti, sülh, əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa çağırış dini olması" mövzusuna həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə mövzuya uyğun hazırlanmış videoçarxlar nümayiş etdirildi, qonaq, müəllim və şagirdlər arasında fikir mübadiləsi aparıldı.
Tədbirin qonağı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin baş mütəxəssisi, disertantı, Azərbaycan Respublikası Qarabağ veteranı Hacı Talıb Hüseynov olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi