Heç bir uşağı nəzərdən qaçırmayaq

   67 nömrəli məktəbdə təlim-tədris prosesi fəaliyyət planına uyğun davam etdirilməkdədir. "Heç bir uşağı nəzərdən qaçırmayaq" ideyasını əsas tutaraq hər bir şagirdin malik olduğu qabiliyyət, istedad potensialını aşkara çıxarmaq, onlarda öz imkanlarına inam hissini aşılamaq məqsədilə təsviri incəsənət müəllimləri Sevil Sultanova, Ağabacı Cigərxanova və Diləfruz Rüstəmovanın təşkilatçılığı ilə şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir. Sərgidə VII "d" sinif şagirdi Mehman Muradovun, VII "d" sinif şagirdi Fatimə Kosayevanın, VIII "ə" sinif şagirdi Yunis Ələsgərovun, VII "b" sinif şagirdi Zəhra Mansurovanın, VII "ç" sinif şagirdi Nərmin Həsənovanın, IX "f" sinif şagirdi Lalə Şammədovanın, VIII "ə" sinif şagirdi Arzu Bayramovanın, VII "b" sinif şagirdi Zümrüd Məmmədlinin çəkdikləri rəsmlər nümayiş etdirildi. Sərgiyə müəllim və şagirdlərlə yanaşı, "Üç əsrin şahidi" adlı məktəbin tarixçəsindən bəhs edən kitabda çəkdiyi rəsmlərlə seçilən, çox gözəl istedada malik olan 2018-ci il məzunu Yaqut Kalbalıyeva da dəvət olunmuşdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi