İbtidai siniflərdə nağılların müzakirəsi

  2018/2019-cu tədris ilinin fevral ayından etibarən şagirdlərin mütaliə marağının artırılması məqsədilə direktor müavini Səbahət Ağayevanın təşkilatçılığı ilə məktəbin III-IV siniflərində “Nağıllar aləminə səyahət” adlı aksiyaya start verildi. Aksiyanın əsas məqsədi şagirdlərdə nitq bacarıqlarının inkişaf etdirilməsi, oxuduqları nağılları, hekayələri və əsərləri təhlil edə bilmə bacarıqlarının formalaşdırılmasından ibarətdir. Bu günə qədər aksiyada iştirak edən siniflər və sinif rəhbərləri aşağıdakılardır:
Günel Allahverdiyeva IV "f" sinfi,
Zöhrə Musayeva IV "d" sinfi,
Mərziyyə Mürsəliyeva III "e" sinfi,
Sevda Eminova III ”f” sinfi,
Sevinc Ağayeva III ”ə” sinfi,
İradə Həsənova IV ”ğ” sinfi,
Gülərin Mehrəliyeva IV ”g” sinfi,
Nigar Rzayeva IV ”d” sinfi,
Rəfiqə Qəribova IV "e" sinfi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi