Şagirdlərdə mütaliə marağının artırılması istiqamətində növbəti addım

  Azərkitab Kitab Təbliğatı Mərkəzi ilə Sabunçu Gənclər Evinin birgə əməkdaşlığı çərçivəsində sevimli yazar Varis Yolçiyevin gənclərlə görüşü keçirildi. Öz yaradıcılığından və əldə etdiyi nailiyyətlərdən danışan yazar, gənclər tərəfindən böyük maraqla qarşılandı. 
Daha sonra gənclər Varis Yolçiyevə kitablarını imzalatdılar.
Bu maraqlı görüşdə 67 nömrəli tam orta məktəbin direktor müavini Məleykə Muradova, ingilis dili müəllimi Natavan Quliyeva və bir qrup şagird heyəti iştirak etdilər.
Sevimli yazıçılarla və şairlərlə belə görüşlərin tez-tez təşkil olunması uşaqlarda və gənclərdə mütaliə marağının düzgün formalaşdırılmasına və oxuma ardıcıllığının yaranmasına müsbət təsir göstərəcəkdir.

 

https://www.facebook.com/sabunchu.ge/?epa=SEARCH_BOX

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi