Şanlı Aprel döyüşləri

   4 aprel tarixində 67 nömrəli tam orta məktəbdə şanlı Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirildi. Tədbir zamanı şagirdlər Aprel hadisələrinə həsr edilmiş şeirlər, mahnılar söylədilər, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər, Aprel döyüşlərində Milli Ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarx nümayiş etdirildi. Tədbirdə qonaq qismində Qarabağ qazisi Əliyev Qabil Cəlal oğlu, Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov Murad oğlu, Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Mikayılova Xədicə Hacı qızı, Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Məhərrəmova Elnarə Aşir qızı iştirak edirdilər. Qonaqlar iştirakçılarla öz təəssüratlarını bölüşdülər, döyüşlərdə şücaət göstərən və Şəhidlik zirvəsinə ucalan əsgərlərimizdən, işğal altında olan torpaqlarımızdan bəhs etdilər. Daha sonra şagirdlərin çıxışlarını maraqla izləyən qonaqlar, onlarla xatirə şəkli çəkdirdilər, şagirdlər tərəfindən hazırlanmış Aprel döyüşlərinə həsr olunan əl işlərindən ibarət sərgiyə baxdılar, 3 əsrin şahidi olan məktəbimizlə tanış oldular və çay süfrəsi arxasında məktəbin xatirə dəftərinə öz ürək sözlərini qeyd etdilər. 
Tədbirin təşkilinə görə musiqi müəllimi Sevil Ağamalıyevaya, ibtidai sinif müəllimləri Qəmər Ağayeva və İlhamə Rzayevaya, məktəbin uşaq birliyi rəhbəri Nigar Mirzəcanovaya, tədbirdə istifadə olunan lalə maketlərini hazırlayan valideyn Əzimova Elvina Raisovnaya və əməyi keçən hər kəsə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi