Dahi Azərbaycan şairi yad edildi

  Məktəbin tədbirlər planına əsasən siniflərdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilməyə davam edir. Növbəti tədbir Azərbaycan dili müəllimi Nuridə Təhməzovanın təşkilatçılığı ilə rəhbərlik etdiyi IX "d" sinfində keçirildi. Məktəbin kitabxanasında keçirilən tədbirdə şagirdlər şairin kitabları ilə tanış oldular, hazırladıqları videoçarxı nümayiş etdirdilər və şeirlər səsləndirdilər. Tədbirdə qonaq qismində məktəbin təşkilati işlər üzrə direktor müavini Azad Kələşov və kitabxana müdiri Həmayıl Hacıyeva iştirak etdilər.
Xatırladaq ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi