Müəllimlərin növbəti uğuru

  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Sabunçu Rayon Həmkarlar Təşkilatı tərəfindən keçirilən stolüstü tennis yarışında 67 nömrəli tam orta məktəbi fiziki tərbiyə müəllimi Mahir Əliyev, coğrafiya müəllimi Elmira Özyürek və direktor müavini Azad Kələşov təmsil edirdilər. Yarışın nəticələrinə əsasən Sabunçu rayonu üzrə qadınlar arasında keçirilən stolüstü tennis yarışında Elmira Özyürek qalib olaraq I yer, kişilər arasında isə Azad Kələşov II yer tutmuşdur. Məktəbimizə növbəti qələbə müjdəsini gətirdikləri üçün müəllimlərimizə təşəkkür edir, digər mərhələlərdə uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi