Şagirdlər Bakı Kitab Mərkəzində

  25 mart tarixində III”h” sinfinin sinif rəhbəri Kristina Quliyeva və I"h" sinfinin sinif rəhbəri Aybəniz Mustafayeva şagirdləri ilə birlikdə Bakı Kitab Mərkəzinə ekskursiya etdilər. Mərkəzdə şagirdlərin, eləcə də digər oxucuların mütaliə ilə məşğul olmaları üçün əlverişli şərait yaradılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış və kitab satışına tamamilə fərqli bir konsepsiya ilə başlayan Bakı Kitab Mərkəzində Azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə istənilən janrlarda kitablar təqdim olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi