IV siniflərdə yazı işi

  Məktəbin fəaliyyət planına əsasən təhsildə keyfiyyətin yüksəldilməsi məqsədi ilə direktor müavini Səbahət Ağayevanın təşkilatçılığı ilə IV siniflərdə esse yazı işi aparıldı. ”Qarabağ cənnətim mənim” adlı esseni yazarkən şagirdlər, Azərbaycanın dilbər guşələrindən olan Qarabağ haqqında fikirlərini həvəslə ifadə etdilər. Təcrübəli müəllimlərdən biri olan Tənzilə Şərifova yazı işindən sonra şagirdlərə Azərbaycanın işğal altında olan torpaqlarından söhbət açdı. Ən yaxşı esse yazan şagirdlərin fərqləndirilərək, məktəb tərəfindən tərifnamələrlə təltif olunması planlaşdırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi