V-VI siniflərdə Aprel Döyüşlərinə həsr olunmuş sərgi

  67 nömrəli tam orta məktəbdə 2 aprel tarixində Aprel Döyüşlərinə həsr olunmuş "Böyük zəfərin başlanğıcı" adlı əl işlərindən ibarət sərgi keçirilmişdir. Sərgidə seçilən və böyük maraq doğuran əl işlərinə görə Lətafət Səfərovanın rəhbərlik etdiyi V "ğ" sinfinə və Sona Quliyevanın rəhbərlik etdiyi VI "h" sinfinə təşəkkür edirik.
Xatırladaq ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun igid əsgərləri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel Döyüşləri kimi tarixə düşdü.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
İnanırıq ki, bu sadəcə başlanğıcdır və yaxın zamanda işğal altında olan torpaqlarımızın hər qarışı düşməndən azad olunacaq və böyük qələbəmiz tarixə qızıl hərflərlə yazılacaq.

https://m.facebook.com/story.php?story_fbid=10161341244805315&id=37677975314

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi