Məktəblilərin Gənclər Mərkəzinə ekskursiyası

  67 nömrəli tam orta məktəbin VIII"ə" sinif şagirdləri Sabunçu rayonunda yeni açılmış Gənclər Mərkəzində ekskursiyada oldular. Ümumi sahəsi 5800 kvadratmetr olan Gənclər Mərkəzində yaradılan Heydər Əliyev Muzeyini şagirdlər böyük maraqla izlədilər. Gənclər Mərkəzində virtual atıcılıq otağı, foto və poliqrafiya studiyaları, fortepiano və rəqs zalları yaradılıb. Burada həmçinin kiçik konfrans zalı, Gənclər kafesi, virtual sinif, kompüter, xarici dil kursları və linqafon, rəsm, intellektual oyun və şahmat otaqları da mövcuddur. Mərkəzdə 90 yerlik kinozal və elektron kitabxana da gənclərin ixtiyarına verilmişdir.

http://sabunchu-ih.gov.az/page/398.html

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi