IV siniflərdə şeir müsabiqəsi

  13 mart tarixində 67 nömrəli tam orta məktəbin IV siniflərində şeir müsabiqəsi keçirildi. Müsabiqə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuşdu. Şagirdlər Nəsiminin şeirlərini ifa etdilər və münsiflər heyəti tərəfindən verilmiş ballara əsasən qaliblər təyin olundu. Münsif qismində məktəbin ibtidai siniflər üzrə direktor müavini Səbahət Ağayeva, məktəbin psixoloqu Lalə Tağıyeva, uşaq birliyi rəhbəri Nigar Mirzəcanova, kitabxanaçı Vüsalə Abbasova iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi