67 nömrəli məktəbdə bayram sevinci

67 nömrəli tam orta məktəbdə "Novruz bayramı" münasibətilə tədbir keçirildi. Tədbirdə siniflər arasında "Ən yaxşı xonça", "Ən yaxşı səməni" müsabiqəsi keçirildi, şagirdlər rəqs, musiqi və səhnəciklər ifa edərək öz istedadlarını nümayiş etdirdilər. "Novruz bayramı" münasibətilə məktəbin müəllim, şagird və valideyn kollektivini, eləcə də səhifəmizin bütün izləyicilərini təbrik edir, bol ruzili yeni il arzu edirik.