Siniflərdə Novruz hazırlığı

   Məktəbimizdə Novruz bayramına hazırlıq işlərinə start verilmişdir. Siniflər "Ən gözəl səməni" və "Ən gözəl xonça" müsabiqəsinin qalibi olmaq üçün həvəslə çalışırlar. İlhamə Rzayevanın rəhbərlik etdiyi I "ğ" sinfində bayram xonçasını bəzəmək üçün şəkərburalar valideynlərin iştirakı ilə sinifdə bişirildi. Valideynlər və İlhamə müəllimə balacalara şəkərbura hazırlamağı, bəzəməyi öyrətdilər. Daha sonra bişirilmiş şəkərburaların dadına baxdılar, yumurta döyüşdülər və bayramın gəlişini təmtəraqla qeyd etdilər. Belə maraqlı təşəbbüsə görə İlhamə Rzayevaya və ona cani-dildən kömək edən valideynlərə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi