V-VI siniflərində mütaliə vərdişlərinin inkişafı məqsədilə "İkinci əl kitab" aksiyası keçirilir

  1 mart tarixindən etibarən məktəbimizin V-VI siniflərində direktor müavini Məleykə Muradova və kitabxana müdiri Həmayıl Hacıyevanın birgə təşkilatçılığı ilə "İkinci əl kitab" aksiyasına start verilmişdir. Aksiyanın əsas məqsədi şagirdləri mütaliəyə cəlb etmək, oxunmuş kitabların evdə istifadəsiz qalmasının qarşısını alaraq məktəbin kitabxanasında yaradılan yeni guşəyə təhvil verilməsini və yeni kitab almağa imkanı olmayan şagirdlərin istifadəsinə verilməsini təmin etməkdir. İnanırıq ki, bu üsul kitab oxumağı sevən, lakin yeni kitab almağa imkanı olmayan şagirdlərin mütaliə vərdişlərinin inkişafına, həmçinin bütün şagirdlərin kitabxanaya, mütaliəyə cəlb olunmasına müsbət təsir göstərəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi