Sağalmaz yaramız Xocalı

   Zamanın sağaltmağa hökmü yetməyən, illər ötdükcə daha çox dərinləşən, daha çox ağrıdan Xocalı yarası.
Bir milləti məhv etmək üçün ona keçmişini, düşmənlərini unutdurmaq yetər. Gələcəyimizin məhv olmaması üçün keçmişimizi sağlam gələcəyimizin təminatçısı olan gənclərimizə unutdurmamalı, uşaqlarımıza kiçik yaşlarından düşmənimizin kim olduğunu aşılamalıyıq. Bu məqsədlə məktəbimizin bir çox siniflərində "Sağalmaz yaramız Xocalı" adlı silsilə tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri 25 fevral tarixində Nuridə Təhməzovanın təşkilatçılığı ilə VIII "c" sinfində keçirildi. Ön cəbhədə döyüşə bilməsək də, arxa cəbhədə vətənə layiqli övladların yetişdirilməsində az da olsa rolumuz varsa müəllim kimi borcumuzun bir qismini yerinə yetirmişik demək. Nuridə müəlliməyə vətənpərvər ruhda keçirdiyi belə təsirli, tərbiyəvi əhəmiyyət kəsb edən tədbirə görə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi