İbtidai siniflərdə nümunəvi dərslər davam edir

   Məktəbimizin ibtidai siniflərində fəaliyyət planına uyğun olaraq müxtəlif fənlərin tədrisi yoxlanılmağa davam edir. Müəllimlər keçirdikləri nümunəvi dərslərlə təlimin-tərbiyə prosesinin yüksək səviyyədə aparıldığını sübut edirlər. Aparılan yoxlamalar əsasında I"b", I"a", I"e" və II"f" sinfinin şagirdlərinin milli kitablarla yanaşı dünya ədəbiyyatına müraciət etmələrinin, mütaliəni sevmələrinin, hər hansı bir mövzu üzərində geniş təhlil aparmalarının şahidi olduq. Şagirdlər nağılları həvəslə səhnələşdirmələri, öz biliklərini özlərinin qiymətləndirməyi bacarmaqları sevindirici haldır. I"a" sinfinin sinif rəhbəri Gilas Mehdizadəyə, I"b" sinfinin sinif rəhbəri Şəkər Əhmədovaya, I"e" sinfinin sinif rəhbəri Səmayə Əhmədovaya, II"f" sinfinin sinif rəhbəri Gülnaz Əliyevaya fəal təlim metodundan istifadə edərək şagirdlərində milli, mənəvi dəyərləri yüksək səviyyədə formalaşdırdıqları və şagirdlərə dərin elmi biliklər aşıladıqları üçün təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi