Məktəbimiz “Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibi oldu

  24 yanvar 2019-cu il tarixində paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təşkil edilmiş tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin müvafiq struktur bölmə rəhbərləri, qalib məktəblərin direktorları və məktəblərin saytının idarə edilməsinə məsul şəxslər iştirak ediblər. Sabunçu rayon məktəbləri arasında 67 nömrəli tam orta məktəbin saytı Münsiflər heyəti tərəfindən “Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibi seçilib. Müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, “Ən yaxşı məktəb saytı” müsabiqəsi 2017-2018-ci tədris ilinin əvvəlindən start götürüb. Müsabiqə çərçivəsində hər tədris ili ərzində 2 dəfə qaliblərin müəyyənləşdirilməsi nəzərdə tutulub. Məktəbimizə daima birinci olmağı və uğur qazanmağı arzu edirik.

https://www.youtube.com/watch?v=TqkimvU5yBw

https://youtu.be/2w7NO_knYKg

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi