Müəllimlər arasında mini-futbol üzrə turnir

  “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə Sabunçu rayon təhsil müəssisələrinin müəllimləri arasında mini-futbol üzrə turnir başa çatdı.
18 dekabr 2018-ci il tarixindən Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi 74 saylı tam orta məktəbin mini-futbol meydançasında “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə Sabunçu rayon təhsil müəssisələrinin müəllimləri arasında mini-futbol üzrə turnirə başlanılmışdır.
Turnirin qalibləri kişilər arasında I yer 187 saylı tam orta məktəb, II yer 311 saylı tam orta məktəb, III yer 137 saylı tam orta məktəb, qadınlar arasında isə I yer 309 saylı tam orta məktəb və II yer 67 saylı tam orta məktəbin komandaları olmuşdur. 
Qaliblər Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi