Cümhuriyyətin 100 illiyi münasibəti ilə paytaxtın təhsil işçiləri arasında intellektual yarış

  22 dekabr 2018-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi " Nə? Harada? Nə zaman? " inntellektual yarışı keçirildi. Yarışda paytaxt məktəblərinin direktor və direktor müaviniləri, Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşlarından ibarət 32 komanda iştirak edirdi. 67 nömrəli məktəbi " Üç əsrin şahidi" adlı komanda təmsil edirdi.
İnntellektual yarış 45 sualdan, 3 turdan ibarət oldu. Yarışda I yeri "İnkişaf", II yeri "Nizami", III yeri isə "Xəzri" komandası tutdu.
Yarışın qaliblərini təbrik edir, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə və tədbirin təşkilində əməyi keçən hər kəsə bu unudulmaz və maraqlı günə görə təşəkkür edirik.

https://youtu.be/abeMZJMKFqk

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi