Dahi insan Heydər Əliyevin 15-ci anım günü məktəbimizdə təntənəli şəkildə qeyd olundu

  Sabunçu rayonu 67 nömrəli məktəbdə Ulu öndərimiz, əbədiyaşar liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş möhtəşəm tədbir keçirildi. Müəllimlər çıxışları ilə Heydər Əliyevə olan sevgi və ehtiramlarını qürurla göstərdilər və bir daha sübut etdilər ki, o dahi şəxsiyyət hər zaman qəlblərimizdə yaşayacaqdır.
Tədbirdə qonaq qismində Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Cənnətov iştirak etdi. 
Tədbir məktəbimizin ibtidai siniflər üzrə direktor müavini Səbahət Ağayeva və ibtidai sinif müəllimlərinin təşkilatçılığı ilə keçirildi. Müəllimlər Ulu öndərimizin bizə miras qoyduğu, Azərbaycanın taleyini müsbət istiqamətdə dəyişən həlledici müqavilələrdə iz qoymuş Heydər Əliyevin imzası əks olunan köynəklərdə çıxış etdilər. Tədbirdən sonra məktəbin bir qrup müəllim heyyəti Heydər Əliyevin məzarını ziyarət etdilər və o dahi şəxsiyyəti fəxarətlə andılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi