Ulu öndərimizin şərəfli ömür yolu fəxarətlə xatırlandı

  Məktəbimizin müəllim, şagird və valideyn kollektivi Ulu öndərimiz Heydər Əliyevin 15-ci anım günündə ölməz liderimizi fəxarətlə xatırladı.
VIII"e" sinfində Azərbaycan dili müəllimi Aygün Məmmədovanın təşkilatçılığı ilə Heydər Əliyevin şərəfli ömür yolundan bəhs olunan tədbir keçirildi. Tədbirdə qonaq qismində məktəbin direktor müavinləri Ceyran Məmmədova, Məleykə Muradova, Gülnarə Bağırova, informatika müəllimi Səbinə Əliyeva və Azərbaycan dili müəllimi Solmaz İsmayılova iştirak etdilər.
Ulu Öndər Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşüb. Dahi rəhbər azərbaycançılıq ideyasının yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı üçün möhtəşəm işlər görüb. Onu daima ürəklərdə yaşatmaq bizim vətəndaşlıq borcumuzdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi