Məktəbimizin uğuru

  67 nömrəli tam orta məktəbin VI "ç" sinif şagirdi Abbaszadə Aydın Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Xaçmaz Rayon Gənclər və İdman İdarəsi tərəfindən Kikboksinq idman növü üzrə katetlər, yeniyetmə və gənclər arasında keçirilən Xaçmaz rayon açıq birinciliyində I yer tutduğu üçün medal və diplomla təltif olunmuşdur. VI "ç" sinif şagirdi Fətəliyev Aydın Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Salyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən Ümummilli lider Heydər Əliyevin 15-ci anım gününə həsr olunmuş cudo idman növü üzrə yeniyetmələr arasında keçirilən açıq rayon birinciliyində III yer tutduğu üçün diplom və medalla təltif olunmuşdur. Şagirdlərimizi bu uğuru münasibəti ilə təbrik edir, daha böyük müvəffəqiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi