Azərbaycan Valideyn-Muəllim Assosiasiyasının 67 saylı məktəb üzrə Sabunçu 1 saylı filialının 8 yaşı tamam oldu

   "Bu gün Azərbaycan Valideyn-Muəllim Assosiasiyasının 67 saylı məktəb üzrə Sabunçu 1 saylı filialının 8 yaşı tamam oldu. Filial yarandığı gündən çox iş görüb, nümunəvidir, müasir tələblərə cavab verir. Əlbəttə ki, bu filialın işinin yüksək səviyyədə qurulmasinda dəstəkdə məktəbin direktoru İradə xanımın xidmətləri böyükdür. Filial rəhbəri Naibə xanım bir rəhbər kimi işini düzgün təşkil, tapşırıqları vaxtında icra etmis, filiali bu səviyyəyə çatdırmısdir, mühasib kimi Pərvanə xanımın xidmətləri də böyükdür. Direktorla VMA rəhbərliyinin faydalı əməkdaşlığı hesabına məktəb ailəsi VMA-nı çox sevir. Məktəb VMA-si bu hörməti özü qazanıb. Sizə, VMA-niza, 67 saylı məktəbin kollektivinə, başda İradə xanım olmaqla yeni uğurlar arzulayıram. VMA- nin fəlsəfəsini, mahiyyətini doğru-dürüst dərk edən və dəstək verən valideynlərinizə və muəllimlərinizə, xususi minnətdarlığımı bildirirəm."- Bu sözlər Azərbaycan Valideyn-Muəllim Assosiasiyasının icraçı direktoru Şahin Rəcəbovun məktəbimizə ünvanladığı təbrik mesajındandır. Bu xoş sözlərə görə Şahin müəllimə təşəkkür edirik. AVMA-nın belə yüksək keyfiyyətlə xidmət göstərməsində Şahin Rəcəbovun rolu əvəzsizdir.
8 il bundan öncə 26 noyabrda ilk rəsmi işinə başlayan və məktəbimiz üçün rolu danılmaz olan VMA filialımızın şərəfli tarixçəsi münasibəti ilə filialın rəhbəri Naibə Əhmədovanı və mühasibi Pərvanə xanımı təbrik edir, bundan sonraki illərdə də müvəffəqiyyətlə xidmət göstərəcəklərinə inanırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi