Sabunçu məktəbliləri “Ölkəmizi tanıyaq” 10-cu tur-aksiyanın iştirakçısı olub

  “Ölkəmizi tanıyaq” 10-cu tur-aksiyanın Sabunçu rayon iştirakçıları noyabrın 18-də Gəncə şəhərinə yola düşüblər. İştirakçılar arasında məktəbimizin X "b" sinif şagirdi Talışlı Lalə və tərbiyə işləri üzrə direktor müavini Azad Kələşov da olub. Tur-aksiya iştirakçılarının Gəncə şəhəri ilə tanışlığı Heydər Əliyev Park Kompleksi ilə başlayıb. Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Sabunçu məktəbliləri noyabrın 20-də Göygöl və Şəmkir rayonları ilə tanış olublar. Sonda tur-aksiya iştirakçıları Şəmkirin Tarix və Etnoqrafiya Muzeyində olublar. Burada qədim Şəmkir ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində aşkarlanmış maddi mədəniyyət nümunələri, məişət əşyaları haqqında məlumat verilib. Qədim və orta əsrlər Şəmkir şəhəri haqqında dolğun təsəvvür yaradan muzey eksponatları məktəblilərdə zəngin təəssürat doğurub.
Beləliklə, şagirdlərin Göygöl və Şəmkir rayonları ilə tanışlığı başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi