Müəllimlərimiz Azərbaycan Təhsil Şurasının iclasında

17 noyabr 2018-ci il tarixdə Azərbaycan Təhsil Şurasının növbəti Ümumi Yığıncağı keçirilmişdir. İclasda Təhsil Şurası İdarə Heyyətinin üzvləri, Şura üzvləri, tanınmış elm xadimləri, təhsil ekspertləri, QHT rəhbərləri və media nümayəndələri iştirak edirdi.
Azərbaycan Təhsil Şurasının sədrliyinə professor Əjdər Ağayevin namizədliyi irəli sürülsə də, onun adından səlahiyyətli nümayəndəsi, qızı Ülviyyə İbrahimova Əjdər Ağayevin sağlıq durumu baxımından bu vəzifəyə mənəvi davamçısı olan professor Hikmət Əlizadənin namizədliyini irəli sürdüyünü bildirdi. Hikmət Əlizadənin namizədliyi səsə qoyuldu və səsçoxluğu ilə yeni sədr seçildi. İclasın sədri professor Asəf Zamanovun təklifi ilə professor Əjdər Ağayev Təhsil Şurasının Fəxri sədri seçildi.
Azərbaycan Təhsil Şurasının üzvləri arasında məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Məleykə Muradova və Səbahət Ağayeva da iştirak edirdilər.

https://www.facebook.com/Faktor.Azerbaijan/videos/548153865635311/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi