Şanlı bayrağımız bizim and yerimizdir

   Azərbaycan gənclərinin vətən sevgisi hər an gözlərindən oxunur. Bayrağımıza, himnimizə, gerbimizə olan hörmət şagirdlərimizin həvəslə hazırladıqları tədbirlərdə özünü biruzə verir.
VIII "ə" sinfi Azərbaycan dili müəllimi Zülfiyyə Ələsgərovanın təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Gününü özünəməxsus şəkildə qeyd etdilər. Şagirdlər səsləndirdikləri şeirlər, musiqilər, hazırladıqları videoçarxlarla, musiqi alətlərində ifaları və çəkdikləri rəsmlərlə vətən sevgilərini nümayiş etdirdilər. Tədbirdə qonaq qismində məktəbin direktor müavinləri Məleykə Muradova və Gülnarə Bağırova, uşaq birliyi rəhbəri Nigar Mirzəcanova iştirak etdilər.
Hazırlanan tədbirdə fəal iştirak edən şagirdlərə və Zülfiyyə müəlliməyə belə maraqlı və qürurverici görüntülərlə zəngin tədbir hazırladıqlarına görə təşəkkür edirik.

https://youtu.be/ipRK2EvEZ6k

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi