Məktəbimizin növbəti birinciliyi

   Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə keşirilən məktəblər arasında idman növləri üzrə respublika çempionatının rayondaxili mərhələsində  67 nömrəli tam orta məktəbin şagirdləri atletika idman növü üzrə I yeri tutmuş və diplomla təltif edilmişdir. Yarışda iştirak edən şagirdlər: 7"g" sinif şagirdi Devald Darya İosifovna, 7"a" sinif şagirdi Davudova Zəhra Həbibulla qızı, 7"a" sinif şagirdi Bayramzadə Fidan Elsevər qızı, 7"a" sinif şagirdi Əliyev Kənan Bəhruz oğlu, 7"e" sinif şagirdi Rzaquliyev Sənan İsrail oğlu, 6"d" sinif şagirdi Vəliyev Nurlan Qalib oğlu.

Şagirdləri yarışa hazırlayan müəllimlər:  Nurməmmədov Zaur İdris oğlu, Eminov Ramil Əhliman oğlu, Cigərxanova Südabə Bünyaməddin qızı.

Bu qələbə münasibəti ilə şagirdlərimizi, onlara əmək sərf edən müəllimlərini və valideynlərini təbrik edir, hər zaman birinci olmağı arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi