Məktəblilərimiz "Mənim bayrağım" adlı şeir müsabiqəsində

   Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Sabunçu rayon Gənclər və İdman İdarəsi "9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" münasibəti ilə Sabunçu rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Mənim bayrağım" adlı şeir müsabiqəsi keçirtdi. Müsabiqədə məktəbimizin iki şagirdi, VII "ç" sinif şagirdi Məmmədova Nərmin və V "a" sinif şagirdi Muradova Mədinə iştirak edərək birinci turda qalib oldular və ikinci tura keçid aldılar. İkinci turda isə Məmmədova Nərmin fərqlənmə diplomu ilə təltif olundu.
Şagirdlərimizi bu müvəffəqiyyətləri münasibəti ilə təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.

https://www.facebook.com/67SayliOrtaMekteb/

https://youtu.be/eRWaZEclkzw

https://youtu.be/HyxN3UGFi_E

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi