Şagirdlərimizin “Azərbaycan gəncləri narkotiklərə yox deyir” müsabiqəsindəki uğurları

   22 oktyabr tarixdə 310 nömrəli tam orta məktəbdə Sabunçu rayon Gənclər və İdaman İdarəsi tərəfindən təşkil olunmuş “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda inşa və rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi. Müsabiqədə I-II-III yerləri qazanmış və 5 nəfər fərqlənən sagirdlər Sabunçu rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundu. İnşa yazı müsabiqəsində məktəbimizin 8 "ə" sinif şagirdi Sultanova Elmira Ceyhun qızı I yerin qalibi oldu, rəsm müsabiqəsində isə 7 "ç" sinif şagirdi Həsənova Nərmin Elçin qızı fərqlənən iştirakçılar arasında yer aldı. Qaliblərimizi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.

https://www.facebook.com/Sabun%C3%A7u-rayon-G%C9%99ncl%C9%99r-v%C9%99-%C4%B0dman-idar%C9%99si-1513969225518209/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi