Məktəbimizdə 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününü

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bu tarix hər bir azərbaycanlı üçün əsl bayrama çevrildi.
Məktəbimiz hər il olduğu kimi bu il də 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününü böyük fəxrlə qeyd etdi. Müəllimlərimiz tarixi biliklərini şagirdlərlə bölüşdülər. Şagirdlərimiz isə vətənpərvər ruhda səsləndirdikləri şeirlərlə, çəkdikləri rəsmlərlə bir daha sübut etdilər ki, tariximiz heç vaxt unudulmur, unudulmayacaq.
Müstəqillik, hürriyət, azadlıq. Uğruna illərlə mübarizə apardığımız, neçə canlar verdiyimiz, qəhrəmanların qanı bahasına başa gələn bu şərəfli adı qorumaq hər bir azərbaycanlının borcudur. Bu yolda möhkəm ol Azərbaycan vətəndaşı! Çünki sənə əmanətdir Vətənin hər bir daşı.
Bayramınız mübarək əziz həmvətənlər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi