İdmançılarımızın növbəti qələbəsi

   11 oktyabr 2018-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən 74 saylı tam orta məktəbdə “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. 
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Millət vəkili Dilarə Cəbrayılova, Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının sədri Mehriban Abasquliyeva və Bakı səhər Gənclər və İdman Baş İdarəsinin İdman şöbəsinin məsul əməkdaşı Salman Əbdulov iştirak edirdilər. 
20 mini–futbol komandasının iştirakı ilə 09 oktyabrda başlanılan yarışlar 11 oktyabrda final mərhələsi ilə yekunlaşdı. Məktəbimiz 20 komanda arasında II yerin sahibi oldu. Qaliblər Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar ilə təltif olundular.

Qalibiyyət münasibəti ilə yarışda iştirak edən şagirdlərimizi, onları yarışa hazırlayan müəllimlərimizi təbrik edir, məktəbimizin hər zaman birincilər sırasında olmağını diləyirik.

https://www.facebook.com/sabunchuih/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi