AZADLIQ UĞRUNDA CANLARINDAN KEÇDİLƏR....

Bu gün məktəbimizdə 20 yanvar faciəsinin 26-cı il dönümünə həsr olunmuş "20 Yanvar şagirdlərin gözü ilə" adlı açıq dərs keçirilmişdir. Məktəbdə 20 yanvar faciəsinin 26-cı il dönümünə həsr olunmuş foto-stendlər, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, bukletlər hazırlanmışdır. Məktəbin müəllim kollektivi ilk dərsi 20 Yanvar faciəsinə həsr etmiş, daha sonra sinif şagirləri müəllimlərlə birlikdə yaradılmış abidə önündə gül dəstələri qoymuş, əbədi-bədii kompozisiya keçirilmişdir. Məktəbin şagird və müəllim kollektivi "Şəhidlər Xiyabanına" gedərək milli müstəqillik uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi