120 illik yubileyimizə həsr olunmuş videoçarx müsabiqəsinin yekunu

   Artıq 2017-2018-ci tədris ili başa çatdı. 2017-ci ilin yanvar ayından başlayaraq bu ilin sonuna qədər məktəbimizin 120 illik yubileyinə həsr olunmuş bir çox silsilə tədbirlər keçirildi. Bu tədbirlər təhsil, idman, incəsənət, tarixi mövzular da daxil olmaqla rəngarəng və müxtəlif səpkili oldu. Yubiley tədbirlərindən biri də şagirdlərimizin müasir texnologiyadan istifadə bacarığını yoxlamaq məqsədi ilə keçirilən videoçarx müsabiqəsi idi.
Məktəbimizin 120 illik yubileyinə həsr olunmuş VI-VII sinif şagirdləri arasında keçirilən "Mənim məktəbim" adlı ən yaxşı videoçarx müsabiqəsinin iştirakçıları I, II, III yer və iştirakçı sertifikatları ilə direktorumuz Bayramova İradə xanım tərəfindən təltif olundular.
Bütün qaliblərimizi təbrik edirik. Daima birinci olun əzizlərimiz!

 

https://www.facebook.com/pg/67SayliOrtaMekteb/posts/?ref=page_internal

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi