Aprel döyüşləri şanlı tariximizdir

   Aprel döyüşlərində qəhrəmanlarımız tariximizin şanlı səhifələrindən birini yazdılar. Böyük qələbənin başlanğıcıdır bu döyüş. Qısa müddətdə böyük uğura şahidlik etdi vətənimiz. Şəhidlərimizin qanı bahasına qaytarılan torpaqlar bizə Qarabağı bütövlükdə düşməndən ala biləcəyimiz ümidini qaytardı. İnanırıq ki, vətənimizin nər oğulları lazım gələrsə bir yumruq tək birləşib yağı düşmənin əlindən qalan işğal altında olan torpaqlarımızı da ala biləcəklər.
Gələcəyimizin parlaq olması üçün yetişməkdə olan gənclərimizə keçmişimizi və düşmənlərimizi yaxşı tanıtmalıyıq. Bu məqsədlə məktəbimizin tədbirlər planına əsasən aprel ayı boyunca "Şanlı Aprel döyüşləri" adı altında silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri də Mehdizadə Gilas müəllimənin rəhbərlik etdiyi 4"a" sinfinin 5 aprel 2018-ci il tarixində keçirdiyi tədbir oldu. Tədbirdə nümayiş olunan maraqlı çıxışlar, ifalar, gözəl səhnəciklər qonaqları çox təsirləndirdi. Tədbirin sonunda "Aprel döyüşləri" adı altında keçirilmiş sinifdaxili inşa müsabiqəsinin qalibləri tərifnamələrlə təltif olundular. Qaliblərimizi təbrik edir, bu maraqlı tədbirə görə bütün iştirakçılara və Gilas müəlliməyə təşəkkür edirik.

 

https://www.facebook.com/100005262707953/videos/804317189753697/?t=0

https://www.facebook.com/100005262707953/videos/804316263087123/?t=2

https://www.facebook.com/100005262707953/videos/804316423087107/?t=4

https://www.facebook.com/100005262707953/videos/804316383087111/?t=0

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi