“Ölkəmizi Tanıyaq” 9-cu tur aksiyası

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə hər il keçirilən maarifləndirici tur-aksiyalar gənc nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, onların savadlı və vətənpərvər böyüməsi istiqamətində mühüm rol oynayır. Bu il də hər il olduğu kimi şagirdlərimiz tur aksiyada iştirak etdilər.  “Ölkəmizi Tanıyaq” 9-cu tur aksiyasının təntənəli açılış tədbiri keçirildikdən sonra məktəblilər dilbər guşələrimizdən olan Naxçıvana yola düşdülər. Qısa müddət ərzində geniş biliklər əldə edərək, yüksək əhval-ruhiyyə ilə səfərlərini başa vuran məktəblilər unudulmaz təəsüratlarını hər kəslə bölüşdülər. Ümid edirik ki, gələcəkdə də bu istiqamətdə tədbirlər keçiriləcək və məktəblilərin intellekjtual inkişafına böyük təkan verəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi