“İlaxır Çərşənbə” Ramana qalasında

   Sabunçu rayonunda “İlaxır Çərşənbə” Ramana qalasında təntənəli şəkildə qeyd olundu.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatları Dilarə Cəbrayılova və Fazil Mustafa, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, hüquq mühafizə orqanlarının rəhbərləri, bütün xidmət sahələrinin rəisləri, RİH başçısının müavinləri, RİH başçısı Aparatının məsul işçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələri və musiqi məktəblərinin rəhbərləri, bir sıra mötəbər qonaqlar və rayon sakinləri iştirak edirdilər.
Tədbir Bahar qızının təntənəli şəkildə faytonda Dədə Qorqudun xeyir-duası ilə Ramana qalasına daxil olması ilə başlandı. Daha sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək şənlik iştirakçılarını salamladı, onları baharın gəlişi, “İlaxır Çərşənbə”münasibəti ilə təbrik etdi və sülh və əmin-amanlıqla dolu bir il arzuladı. A.Vəliyev Novruz bayramının əsrlərin sınağından çıxan, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan, insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsini təcəssüm etdirən bir bayram olduğunu qeyd edərək Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri sayəsində xalqımızın milli-mənəvi dəyərləri və adət-ənənələrinin qorunub saxlanıldığı və daha da inkişaf etdirildiyini vurğuladı. 
Novruz tonqalını alışdırdıqdan sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və qonaqlar Ramana qalasında təşkil olunan rəngarəng sərgi ilə tanış olaraq məktəblilərin hazırladıqları bayram əhval-ruhiyyəli çıxışları dinlədilər. Çıxışlarda Novruz bayramına aid bayatı, şeir və musiqilər səsləndirildi.
Novruz personajları Kosa və Keçəlin mərasimə gəlməsi, kəndirbaz və pəhləvanların maraqlı çıxışları isə bayram tədbirinə daha da rəng qatdı. 
Sərgiyə baxışdan sonra tədbir rayonda fəaliyyət göstərən mədəniyyət evləri və musiqi məktəblərinin musiqiçiləri tərəfindən konsert proqramı ilə davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi