Məktəbimizin ibtidai sinif müəllimi Mehdizadə Gilas Əskərxan qızının nümunəvi dərsi

   Məktəbimizin ibtidai sinif müəllimi Mehdizadə Gilas Əskərxan qızının rəhbərlik etdiyi 4"a" sinfində 28 fevral 2018-ci il tarixində "İqlim və canlılar aləmi" mövzusunda nümunəvi dərs keçirilmişdir. Dərs zamanı sinif komandalara bölünmüş, komandalara "Savanna", "Okean", "Meşə", "Səhra" adları verilmişdi. Sonda "Səhra" komandası zəngin məlumata və aktivliyə görə I yerə layiq görülmüş və qalib gəlmişdi.
Dərsin təşkili, mövzunun şagirdlərə mənimsədilməsi, əlavə məlumatların zənginliyi, müasir interaktiv dərsin tələblərinə cavab verməsi gənc olmasına baxmayaraq Gilas müəllimənin peşəkar, pedaqoji təcrübəsi yüksək olan bir pedaqoq kimi işinin öhdəsindən gəldiyini sübut etdi. 
Gilas müəlliməyə maraqlı dərsə görə təşəkkür edir, savadlı gənclərin yetişdirməsində ona uğurlar diləyirik. 4"a" sinif şagirdlərinə isə savadlı, elmi bilikləri ilə daima seçilən, Vətənə faydalı gənclər kimi yetişməyi arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi