“Mən tolerantlığı necə başa düşürəm“ mövzusunda debat

Məktəbimizin tədbirlər planına əsasən 25.12.2015-ci il tarixində “Mən tolerantlığı necə başa düşürəm“ mövzusunda debat keçirilmişdir.Mövzuyla bağlı müəllimlər və şagirdlər arasında fikir mübadiləsi aparılmış, tolerantlığın əsl mənası izah olunmuşdur.Tolerantlıq sosial termin kimi digərlərinin dünyagörüşünə, həyat tərzinə, davranışlara, adətlərə dözümlülük nümayiş etdirmək anlamına gəlir. Azərbaycan isə bu mənada dünya dövlətləri arasında birincilər sırasındadır. Ölkəmizin tarixinə qısaca nəzər salsaq, bu məkanda demokratik intibah dövründə də, vahid totalitar rejimdə də müxtəlif xalq və dinlərin dinc yanaşı yaşamasının şahidi olarıq. Xalqımızın milli mədəniyyəti, adət və ənənələri müqəddəs dininə söykənməklə özündə böyük mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları əks etdirib. İftixarla qeyd etməliyik ki, tarixin bütün mərhələlərində ölkəmizdə milli, irqi, dini zəmində heç bir diskriminasiya hadisəsi olmayıb. Sevindirici bir haldır ki, ölkəmizdə bütün dini inanclara hörmətlə yanaşılmış, müsəlman, xristian, yahudilər sülh və əminamanlıqla qardaşcasına torpaqlarımızda məskunlaşmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi