Xocalısız illərimiz

   Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Mənfur düşmən ağlına qoyduğu iyrənc əməli yerinə yetirmək məqsədi ilə Xocalıya hücum edərkən körpə, qadın, yaşlı demədən qarşısına çıxan hər sakini vəhşicəsinə qətlə yetirmişdi.
İllər ötsə də Xocalı yarası sağalmamış və xalqımız üçün qisas günü şərt olmuşdur. Yetişməkdə olan gənclərimiz o faciəni böyüklərin dilindən, informasiya vasitələrindən öyrənmiş olsalar da, qəlblərində düşmənə qarşı nifrət hissi yaşamaqdadır.
Məktəbimizdə 24 fevral 2018-ci il tarixində keçirilən " Şəhid şəhər Xocalı" adlı tədbirdə iştirak edən şagirdlərimiz çıxışları ilə bir daha Xocalının unudulmadığını və heç vaxt da unudulmayacağını sübut etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi