Məktəbimizin VI sinifləri ekskursiyada

   Məktəbimizin Valideyn Müəllim Assosasiyasının təşkilatçılığı ilə 31 yanvar 2018-ci il tarixində VI"b" sinif şagirdləri sinif rəhbərləri Sevil Ağamalıyeva ilə birlikdə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində ekskursiyada oldular. Ekskursiya zamanı şagirdlər muzeyin tarixçəsi və orada sərgilənən ekspanatlarla tanış oldular.
Xatırladaq ki, kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və s. yerləşdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi