“Hazırcavablar” intellektual oyununda VI siniflərimizin qələbəsi

   Bu gün çox sevindirici bir hadisənin şahidi olduq. Məktəbimizin VI sinif şagirdlərindən ibarət komandası paytaxt məktəblilərinin komandaları ilə “Hazırcavablar” intellektual oyununda qarşılaşdı. 
İntellektual oyunun nəticələrinə əsasən, 67 nömrəli tam orta məktəbin komandası qalib gəldi.
Qeyd edək ki, “Hazırcavablar” intellektual oyunu BŞTİ və AzTv-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə olmaqla, AzTv-də yayımlanır.
“Hazırcavablar” intellektual oyununda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.
Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.
Qələbə münasibəti ilə yarışda iştirak edən komanda üzvlərimiz VI"ç" sinif şagirdi Qarayeva Aysu Tovuz qızını, VI"a" sinif şagirdi Ağayeva Azərin Yalçın qızını və VI"ə" sinif şagirdi Səfərov Anar Azər oğlunu təbrik edir, hər zaman birinci olmağı arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi