VI siniflərdə məntiqi riyazi biliklərin aşkarlanması üçün viktorinalar keçirilir

   Məktəbimizin fəaliyyət planının 1.1.1.20 bəndinə müvafiq olaraq yanvar ayında riyaziyyat və informatika fənlərinin tədrisi vəziyyətinin yoxlanılması məqsədi ilə I yarımilin yekunu olaraq V-VI siniflərdə məntiqi riyazi bacarıqların üzə çıxarılması üçün növbəti bilik yarışı keçirildi. Yarış mərhələli şəkildə keçirilmiş, komandalar verdikləri cavablar və münsiflər heyətinin qərarına əsasən qiymətləndirilmiş, sonda VI "ç" sinfi "Sülh" komandası adı ilə I yerin qalibi olmuşdur. Yekun viktorinanın təşkilində böyük rolu olan riyaziyyat müəllimlərimiz İsmayılova Ofelya, Quliyeva Ceyran, Əbilova Xəyalə, Məmmədova Xəyalə, Əsədova Təranə və əməyi keçən hər kəsə təşəkkür edir, qalib komandanı təbrik edir, digər komandalara isə daha çox çalışmağı, növbəti yarışlarda uğur qazanmağı arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi