Yarası sağalmayan qanlı yanvar faciəsi

   20 yanvar faciəsindən illər ötməsinə baxmayaraq xalqımız o qanlı gecəni heç vaxt unutmamışdır. Yetişməkdə olan nəsil dərin yaralar açmış tarixi keçmişini həmin dövrün şahidi olan böyüklərindən, müəllimlərindən öyrənirlər. Bu gün məktəbimizdə keçirilən 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirdə unudulmaz gecənin şahidi olan, dəhşət dolu anları hələ də eyni vahimə ilə xatırlayan valideynlərimizdən biri Musazadə Leyla xanım iştirak edirdi. Yaşadıqlarını tədbir iştirakçıları ilə bölüşən Leyla xanım insanlıq faciəsi olan 20 yanvar gecəsini göz yaşları ilə xatırladı.
Tədbirin təşkilatçısı olan İlhamə müəlliməyə və şagirdlərinə şəhidlərimizin ruhunu yad etdiklərinə və təsirli çıxışlara görə təşəkkürlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi