"Peşə Profilinin Müəyyənləşdirilməsi" layihəsi məktəbimizdə

Azərbaycan Respublikası  Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Peşə Profilinin Müəyyənləşdirilməsi" layihəsi çərçivəsində növbəti  14-cü məktəb 67 №-li tam orta məktəb oldu. Keçirilən psixoloji test imtahanı və müşahidə oyunları uğurla yekunlaşdırıldı.

Layihənin məqsədi məktəblilərin müasir metodika, psixoloji diaqnostika və texnikalarla  bilik və bacarıqlarının öyrənilməsi və düzgün istiqamət göstərilərək yuxarı sinif şagirdlərinə dərk edilmiş şəkildə peşə seçimini etməyə kömək etmək, peşə seçimini etmək üçün psixoloji hazırlıq üçün şərait yaratmaq, öz gələcəyi, peşəkar karyerasını planlaşdırmaq üçün səriştələrin verilməsidir.  Layihə məktəblilərin gələcək  peşə seçimi  istiqamətində yeni ənənənin əsasını qoyacaq. 

Layihə Bakı şəhəri üzrə 15 orta məktəbi və ümumilikdə 1500 nəfərdən çox şagirdi əhatə etdi. Layihəyə cəlb olunmuş 220 №-li məktəb-lisey, 240, 245, 247, 283, 29, 291, 60, 67, 95 №-li  tam orta məktəblər, 246, 62 və 72 №-li məktəb-liseylər, Akademik Zərifə Əliyeva adına Lisey, Heydər Əliyev adına Təhsil Kompleksində layihə çərçivəsində psixoloji test imtahanı və müşahidə oyunları keçirildi. Nəticədə 1500 şagirdə gələcək peşə seçimində onlara istiqamət verəcək profil verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi