Ekoloji saf məhsullar və geni dəyişdirilmiş orqanizmlər

VMA-nın təşəbbüsü ilə məktəbin biologiya müəllimi Muradova Məleykə 27.11.2015-ci il tarixində “ İnsanlığa qarşı edilən ən böyük cinayət “ layihəsi adı ilə geni dəyişdirilmiş orqanizmlərlə bağlı şagirdlər üçün maarifləndirici seminar keçirdi. Seminarda məktəb kollektivi ilə yanaşı 12 №-li poliklinikanın uşaq şöbəsinin müdiri həkim Məmmədov Emin də iştirak edirdi. Müəllimin hazırladığı materiallar və həkimin verdiyi faydalı məsləhətlər şagirdləri faktlarla tanış etdi və onları bu qidaları necə tanımaq haqında , GDO-lu qidaların hansı fəsadlar törədə biləcəyi haqqında məlumatlandırdı. Həkim Məmmədov Emin seminar iştirakçılarının qarşısında faktlarla çıxış etdi və bu aksiyanı yaşadıqları, ətraf məhlələrdə, qohum-əqraba içərisində apararaq həmin qidalardan hər kəsi çəkindirmək lazım olduğunu bildirdi. Seminar müəllimin hazırladığı GDO-lu qidaların dəhşətli ziyanları və törətdiyi fəsadların əks olunduğu slaydla öz işini yekunlaşdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi